Daha bir azərbaycanlı idmançı diskvalifikasiya olunub

Daha bir azərbaycanlı idmançı diskvalifikasiya olunub

Azərbaycan ağırlıqqaldıranı Fazilə İmanova antidopinq qaydalarını pozub.

Allsport.az xəbər verir ki, idmançının analiz nümunəsində qadağan olunmuş maddə tapılıb.

Ondan götürülmüş sınaq nüsxəsində anabolik androgenik steroidlər (AAS)/metribolone aşkarlanıb.

Sanksiyanın müddəti 2029-cu ilin mayına kimi qüvvədə olacaq.

Dünən Azərbaycan kikboksçusu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya olunmuşdu.

Həmin kateqoriyadan