Avropa birinciliyində 3 medal

Avropa birinciliyində 3 medal

Azərbaycan atleti Fuad Həsənov Avropa birinciliyində üç medal qazanıb.

Allsport.az xəbər verir ki, idmançımız Albaniyanın Dürres şəhərində keçirilən ağırlıqqaldırma üzrə U-23 və gənclərin Avropa birinciliyində iki gümüş və bir bürünc medala sahib çıxıb.

Fuad birdən qaldırma hərəkətində 134 kq çəki qaldıraraq ikinci olub. Təkanla qaldırmada isə 162 kq nəticə göstərən atletimiz bürünc medal əldə edib.

İki hərəkətin cəmində 296 kq nəticəyə imza atan Həsənov Avropa birinciliyinin gümüş medalını qazanıb.

Həmin kateqoriyadan