- Baxış sayı: 40
- 20 Oktyabr 2026 22:23
- Baxış sayı: 399
- Oktyabr 20, 2026
- 0

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin baş məşqçisi Sərdar Həsənov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyində idmançıların çıxışını dəyərləndirib.
Allsport.az xəbər verir ki, mütəxəssis üç idmançı ilə yarışa qatılmalarına baxmayaraq, hər birinin medal qazandığını vurğulayıb:
“Bura qədər gəldiyiniz üçün hər birinizə minnətdarlığımı bildirirəm. Yadınızdadırsa, ötən yarışda da deyilmişdi ki, bizim üçün kəmiyyət deyil, keyfiyyət əsasdır. Albaniyada keçirilən yarışda bunu bir daha sübut etdik. Üç idmançı ilə getdik və hər biri medal qazandı.
Təbii ki, belə yarışda daha çox idmançı ilə təmsil olunmaq istəyirik. Amma məşqçilər heyəti olaraq işimizi real nəticələrə əsasən qururuq. Yığma komandamızın qapısı hər kəsə açıqdır. Bu gün kim fiziki və psixoloji cəhətdən hazırdırsa, ona şans verilir. Qarşıda bizi lisenziya xarakterli yarışlar gözləyir. Hazırlıqlarımız plan üzrə gedir”.