- Baxış sayı: 159
- 11 Sentyabr 2026 14:21
- Baxış sayı: 355
- Oktyabr 08, 2026
- 0

Azərbaycan ağırlıqqaldırma federasiyasının (AAF) prezidenti Kamran Nəbizadə və vitse-prezident Firdovsi Umudov ölkəmizdə işgüzar səfərdə olan Avropa ağırlıqqaldırma federasiyasının prezidenti Astrid Həsəni ilə bir araya gəliblər.
Allsport.az xəbər verir ki, görüşdə Azərbaycanda nəinki ağırlıqqaldırmanın, ümumilikdə idmanın inkişafına dövlət tərəfindən böyük dəstəyin göstərildiyi qonağın diqqətinə çatdırılıb.
Bununla yanaşı, AAF-nin beynəlxalq əlaqələrin qurulmasına hər zaman xüsusi həssaslıqla yanaşdığı qeyd olunub. Avropa və dünyanın müxtəlif ölkələrini təmsil edən yığmaların vaxtaşırı Bakıda təlim-məşq toplanışı keçirdikləri diqqətə çatdırılıb.
Söhbət zamanı təmiz idman prinsiplərinə nəzarətin gücləndirilməsi, eləcə də yeniyetmə və gənc idmançıların inkişafına diqqət ayrılması istiqamətində fikir mübadiləsi aparılıb.