- Baxış sayı: 36
- 11 Sentyabr 2026 14:21
- Baxış sayı: 410
- Sentyabr 08, 2026
- 0

Azərbaycanın ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionu Tehran Məmmədov Vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, Dohada keçirilən dünya çempionatından qayıdan atlet Heydər Əliyev beynəlxalq hava limanında təntənəli şəkildə qarşılanıb.
Daha sonra Azərbaycan millisinin baş məşqçisi Sərdar Həsənov idmançımızın qazandığı qələbənin onu sevindirdiyini bildirib:
“İlk olaraq gənclər və idman naziri Fərid Qayıbova, federasiyamızın prezidenti Kamran Nəbizadəyə və vitse-prezident Firdovsi Umudova yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Özüm 2008-ci ildə bu yarışda gümüş medal qazanmışdım. İndi Tehranın çempionluğu məni bir baş məşqçi kimi çox sevindirir. Qarşıda bizi çətin yarışlar gözləyir. Məqsədimiz dəyişmir. Hər yarışda bacardığımızın ən yaxşısını etməyə çalışacağıq”.