- Baxış sayı: 40
- 20 Oktyabr 2026 22:23
- Baxış sayı: 399
- Oktyabr 20, 2026
- 0

Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyinin mükafatçısı Fuad Həsənov yarışa hazırlıq prosesi və qazandığı uğur barədə danışıb.
Allsport.az xəbər verir ki, idmançı əldə etdiyi nəticədə məşqçilərin əməyinin və yaradılan şəraitin mühüm rol oynadığını bildirib:
“Əvvəlcə onu deyim ki, yarışa yüksək səviyyədə hazırlaşmışdıq. Bu uğurun təməlində bizə yaradılan şərait və məşqçilərimizin gərgin əməyi dayanır. Çalışdım ki, hər yanaşmanı uğurla tamamlayım. Yüz faizlik nəticə göstərmək bəzən çətin olur. Minimum hədəfimiz yarışdan medal gətirmək idi və sevinirəm ki, bunu bacardıq”.