- Baxış sayı: 50
- 21 Avqust 2026 22:34

- Baxış sayı: 299
- Avqust 20, 2026
- 0


Azərbaycanın ağırlıqqaldıranı Musab Məmmədtağıyev Priştinada keçirilən U-15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən atlet birdən qaldırmada 124 kq nəticə göstərərək birinci olub.
Məmmədtağıyev təkanla qaldırmada 145 kq çəkini ram edərək ikinci qızıl medalını qazanıb.
Beləliklə, iki hərəkətin cəmində 269 kq nəticə göstərən atlet toplamda da Avropa birinciliyinin qalibi olub.
Musab Məmmədtağıyev ikinci yeri tutan Hayk Movsisyanı 17 kq qabaqlayıb.