“Bu qələbəmi şəhidlərimizin xatirəsinə həsr edirəm”

“Bu qələbəmi şəhidlərimizin xatirəsinə həsr edirəm”

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Rahilə Hüseynzadə Albaniyada keçirilən U-23 və gənclərin Avropa birinciliyində qazandığı uğur barədə danışıb.

Allsport.az xəbər verir ki, idmançı əldə etdiyi nəticəni vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr etdiyini bildirib:

“Bu qələbəmi vətən müharibəsində canından keçən şəhidlərimizin əziz xatirəsinə həsr edirəm. Əsl qələbəni bizə onlar qazandırdılar. Yarış müddətində federasiyamızın prezidenti Kamran Nəbizadə və vitse-prezidenti Firdovsi Umudov da Albaniyada idilər. Onlar da bildirdilər ki, belə əlamətdar tarixdə Vətənə qələbə ilə qayıtmaq üçün əlimizdən gələni etməliyik. Çox şükür ki, belə də oldu.

Üstəlik, Azərbaycan ağırlıqqaldırma tarixində U-23 kateqoriyasında medal qazanan ilk yerli idmançı olduğum üçün sevincliyəm”.

Həmin kateqoriyadan