“Məqsədimiz böyüklərin yarışında da ölkəmizi layiqincə təmsil etməkdir”

“Məqsədimiz böyüklərin yarışında da ölkəmizi layiqincə təmsil etməkdir”

Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Qasım İsmayılov Albaniyanın Dürres şəhərində keçirilən U-23 və gənclərin Avropa birinciliyindəki çıxışını dəyərləndirib.

Allsport.az xəbər verir ki, idmançı üç nəfərlə qatıldıqları yarışda hər birinin medal qazandığını vurğulayıb:

“Yarışa üç nəfər yollanmışdıq və hər birimiz mükafat qazanmağı bacardıq. Təbii ki, daha yaxşı ola bilərdi. Bizim idmanda hər kiloqram önəm kəsb edir. Çıxışımı rəqiblərə görə yox, öz gücümüzə görə qiymətləndirməyə çalışıram. Çünki yarışdan-yarışa rəqiblər dəyişə bilir. Çalışıram ki, özümə aid nəticələri artan templə yeniləyim. Məqsədimiz böyüklərin yarışında da ölkəmizi layiqincə təmsil etməkdir”.

Həmin kateqoriyadan