Olimpiya çempionu vəfat edib

Olimpiya çempionu vəfat edib

Ağır atletika üzrə olimpiya çempionu, Rusiyanın əməkdar məşqçisi David Rigert 79 yaşında vəfat edib.

Allsport.az xəbər verir ki, əfsanəvi SSRİ ağırlıqqaldıranı oktyabrın 26-da uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Rigert 1976-cı ildə Monrealda keçirilən olimpiya oyunlarının qalibi olub. O, həmçinin dünya çempionatında 6, Avropa çempionatında isə 9 dəfə qızıl medal qazanıb.

Federasiyanın açıqlamasında onun idmana verdiyi töhfələrin və qazandığı uğurların gələcək nəsillər üçün nümunə olaraq qalacağı bildirilib.

Həmin kateqoriyadan