- Baxış sayı: 38
- 15 Mart 2026 12:20
- Baxış sayı: 253
- Mart 13, 2026
- 0

ABŞ-də keçirilən futbol üzrə Amerika Kubokunda daha iki oyun baş tutub.
Allsport.az xəbər verir ki, “C” qrupunda iki matç gerçəkləşib.
ABŞ millisi Boliviyanı iki cavabsız qolla üstələyib. 3-cü dəqiqədə Kristian Pulişiç, 43-cü dəqiqədə Folarin Balogun fərqlənib.
Digər görüşdə Uruqvay Panamanı 3:1 hesabı ilə məğlub edib. Birincilərdə Maksimiliano Arauxo, 85-ci dəqiqədə Darvin Nunyes, 90+1-ci dəqiqədə Matias Vina adını taploya yazdırıb. Panamanın təsəlli qoluna 90+5-ci dəqiqədə Maykl Murillo imza atıb. “Turan Tovuz” klubunun panamalı legioneri Roderik Miller bu oyunda sonadək meydanda olub.