Ağır atletika federasiyasında yeni təyinatlar

Azərbaycan ağır atletika federasiyasının idarə heyətinin iclası keçirilib. toplantıda 9-10 apreldə təşkil olunan Azərbaycan çempionatının nəticələri, yığma komandanın formalaşdırılması, beynəlxalq turnirlərdə iştirak və digər məsələlərlə bağlı müzakirələr aparılıb, bir sıra qərarlar qəbul olunub.

Allsport.az saytı xəbər verir ki, qərara əsasən, Rizvan Rəsulov AAAF-ın baş katibi, Kamran Əliyev icraçı direktor, Emil Əliyev milli komandalarının baş məşqçisi, Asif Məmmədov kişilərdən ibarət yığma üzrə böyük məşqçi, Sərdar Həsənov qadınlardan ibarət seçməyə böyük məşqçi, Oqtay Muxtarov isə yeniyetmələrin komandasına böyük məşqçi təyin olunub.

Baş məşqçi Emil Əliyev 31 avqust 1977-ci ildə Sumqayıtda anadan olub. 1994-98-ci illərdə Azərbaycan bədən tərbiyəsi və idman akademiyasında ali təhsil alıb. Uzun müddət Azərbaycan yığma komandasında idmançı kimi çıxış edib. Dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışlarının iştirakçısı və medalçısı olub. Veteranlar arasında 3-qat Avropa çempionu, dünya kubokunun sahibi, dünya çempionatının gümüş medalçısıdır.

Ağırlıqqaldırma üzrə idman ustasıdır. Məşqçiliyə 2013-cü ildən başlayıb. 2016-cı ildə “Zirvə” beynəlxalq idman klublarında işləyib, 2017-ci ildən isə fəaliyyətini MOİK-də davam etdirib, bu günə qədər orada çalışıb. 2017-18-ci illərdə ölkəmizin gənc ağırlıqqaldıranlardan ibarət millisini çalışdırıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish