- Baxış sayı: 28
- 06 May 2026 21:12
- Baxış sayı: 72
- May 06, 2026
- 0

“Şalke” ardıcıl 3 mövsüm 2-ci bundesliqada oynayıb, klub üçüncü diviziona düşmək üzrə idi.
Allsport.az saytı xəbər verir ki, nəhayət, “mədənçilər” Almaniya elitasına qayıtdılar. Gelzenkirxenin qəhrəmanlarından biri Loris Karius olub. “Fortuna Düsseldorf”la həlledici matç üçün qapıçı həyat yoldaşı Diletta Leottanı tərk edib. İdman teleaparıcısı İtaliyada işləyir və yaşayır, hazırda növbəti doğuşa hazırlaşır – 9 aylıq hamilədir.
Zəhmət iş öz bəhrəsini verib: Karius çempion “Şalke” ilə bundesliqaya yollanır. Qapıçı vacib oyundan şəkillər paylaşaraq şərh yazıb: “Yıxılmağın nə qədər ağrılı olması vacib deyil, vacib olan necə geri qayıtmağındır.”