- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Rusiya premyer liqasının (RPL) prezidenti Aleksandr Alayev, lisenziyalaşdırma prosesinin artıq başladığı üçün, ölkə klublarının bu il Avropa yarışlarında iştirak edə bilməyəcəklərini bildirib. Allsport.az saytı xəbər verir ki, o, ABŞ-da keçiriləcək Dünya Kubokunun qapısının da Rusiyaya bağlı olduğunu deyib:
“Növbəti böyük tədbir İngiltərədə keçiriləcək Avro-2028-dir. İndi bir şey baş versə və bu ədalətsiz qadağanı ləğv etmək üçün tədbirlər görülsə belə, bu il Avropa yarışlarına vəsiqə qazana bilməyəcəyik. Lisenziyalaşdırma artıq başlayıb və tezliklə ilk seçmə mərhələsi başlayır”.