- Baxış sayı: 32
- 05 May 2026 19:51
- Baxış sayı: 72
- May 06, 2026
- 0

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman deyirdi ki, dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Bu, hüquqşünasların məsuliyyətini ifadə edir”.
Allsport.az saytı xəbər verir ki, bunu iqtisadiyyat nazirliyi yanında dövlət vergi xidmətinin tədris mərkəzinin rəisi müavini Mirəli Kazımov ölkənin 3-cü prezidentinin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş respublika hüquq olimpiadasının açılışında deyib.
Onun sözünə görə, prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş 44 günlük Vətən müharibəsi qələbəsi hüququn və ədalətin bərpasını təmin edib və bu, ölkəyə geniş imkanlar yaradıb. “Bu gün Qarabağ Universitetinin tələbələri burada iştirak edir. Bu, xalqımızın qələbəsi deməkdir”.
Rəis müavini deyib ki, bugünkü olimpiada gənclərin hüquqi məntiqini və analitik düşüncəsini nümayiş etdirən platformadır: “Hüquqşünas ədalətin yanında olmağı bacarmalıdır”.
Xatırladaq ki, Mirəli Kazımov uzun müddətdir Azərbaycan səmti müəyyənetmə federasiyasının prezidentidir. Onun fəal rəhbərliyi dövründə idmançılarımız yurd dışı və yurd içi beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər.