- Baxış sayı: 37
- 22 İyun 2026 03:10
- Baxış sayı: 37
- İyun 22, 2026
- 0

Bakıda “Heydər Əliyev” kubokunda yeniyetmə qız boksçuların mübarizəsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, bizdən Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq) və Səma Abbasova (66 kq) qızıl, Yeganə Rəhimova (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Rəmziyə Mirzəyeva (70 kq) gümüş, Nəsrin Abdullazadə, Aysan Miriyeva (hər ikisi – 46 kq), Nurgül Ocaqova (48 kq), Tunca Mürşüdova, Sima İsmayılova (50 kq), Alsu Yafarova (52 kq), Nərmin Abdullazadə, Ayan Novruzlu (54 kq), Emiliya Beydullayeva (57 kq) və Aynur Vəlizadə (63 kq) isə bürünc medal qazanıblar.