- Baxış sayı: 79
- 04 May 2026 16:57
- Baxış sayı: 195
- May 07, 2026
- 0

Ölkə idmanında durğunluq davam edir – qətləri indi də intiharlar əvəzləyir. Özünü ölümün cənginə atmaq istəməyənlər ya ölkəsini dəyişir, ya da sevdiyi idman növünü. Ayrı əlac yoxdur. Əks halda, işdə bezdirilənlərin aqibəti haqqında bəhs edəcəyim Azərbaycan dövlət iqtisad universitetinin məzunundakını gözləyir. Kəsəsi, dünən Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda meyit aşkarlanıb. Sumqayit24.az-ın yaydığı məlumata görə, dünyasını dəyişən şəxs 1999-cu il təvəllüdlü Cəmil Allahverdi oğlu Hətəmxanovdur. Allsport.az saytı faciəni araşdırıb. Əldə etdiyimiz məlumata görə, hadisə adı çəkilən futbol qurğusunun cüdo üzrə təlim-məşq bazasında baş verib. İntihar edən şəxs Azərbaycan cüdo federasiyasının bu TMT-də inzibatçısıdır. O, yaxın keçmişdə cüdo ilə məşğul olub. ACF-in əməkdaşının özünü asdığı deyilir.
Maraqlıdır ki, cüdo federasiyası faciədə onun adı hallanmaması üçün sosial şəbəkədən “cüdo” sözünü çıxartdırıb. Mehdi Hüseynzadə adına stadionda cüdo üzrə təlim-məşq bazasının direktoru Abbas Şahverdiyevdir (şəkildə sağda) O, həm də ACF-də hakimlər komitəsinin üzvüdür, sözü keçən şəxslərdəndir. Onun öncələr həkim işlədiyi söylənilir. Sumqayıtda mənbənin söylədiyinə görə, intihar edən şəxs çox yaxşı insan olub. Daim yerini bilib, qarşısındakına sayğı ilə yanaşıb. Mərhum 700 manat maaş alırdı, yenicə onu 900 AZN-ə qaldırmışdılar. Evin tək övladı idi. Ailəli olan Cəmilin bir uşağı vardı. Hər 2 valideyni xəstədir, zamanında Qubadlı-Zəngilandan qaçqın düşüblər, Sumqayıtda yataqxanaya sığınıblar.
Olayla yaxından bilgili olanların dediyinə görə, kameralarda hadisə belə təsvir olunur: səhər saat 6:30-da mərhum Mehdi Hüseynzadə adına statdionunun nəzlində fəaliyyət göstərən ACF təlim-məşq mərkəzinə gələrək, qapını arxadan bağlıyıb keçib mətbəxə. Oradan dolabın gecə masasını çıxarıb davamlılığını yoxlamaq üçün ayağının altına qoyub. Deyirlər ki, arada çönüb sanki kimləsə danışırmış, amma ətrafda heç kəs olmayıb. Sonra gecə masasını götürüb keçib ağıllıqqaldırma zalına. Orada göy rəngdə cüdo kimonosunun kəmərini tapıb turnikə yaxınlaşıb. Onun möhkəm olmasından əmin olandan sonra onu boynuna keçirib və gecə masasını itələyərək özünü asıb.
Hadisə səhər saat 7:00-da baş verib. Hardasa, 8:45-də direktor Abbas Şahverdiyev, Sumqayıt məşqçiləri və idmançılar bazaya gələndə, görüblər ki, qapı bağlıdı. Doktor qapını açarla açıb girib görüb inzibatçının telefonu girəcəkdə piştaxtanın üstündədir. Haray edib trenajor otağına daxil olanda, Cəmili asılı vəziyyətdə görüblər. Tez kəməri açıb onu yerə uzadıb süni nəfəs veriblər. Ancaq görüblər ki, faydası yoxdur. Saat 9:00-da ACF əməkdaşları polisə və prokurorluğa məlumat veriblər. Sonra hadisə yerinə federasiyanın özündən ACF prezidentinin müşaviri Natiq Bağırov (şəkildə ortada) və qurumda söz sahiblərindən Nizami adlı şəxs gəlib.
ACF rəsmi olaraq məsələyə mövqe bildirməyib. İctimai qurum uzun illərdir allsport.az portalının müraciətlərinə müsbət cavab vermədiyi, tədbirlərinə dəvət etmədiyi və qanunla jurnalist fəaliyyətinə imkan yaratmadığı üçün, qarşı tərəfin fikrini öyrənmək mümkün deyil.
