- Baxış sayı: 46
- 06 Noyabr 2026 13:32
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycan milli antidopinq agentliyinin (AMADA) təşəbbüsü ilə “Ədalətli idman ayı – 2026” çərçivəsində idman federasiyalarının baş katibləri ilə görüş təşkil olunub. Allsport.az saytı xəbər verir ki, “Ümumdünya Antidopinq Məcəlləsi 2027: Əsas yeniliklər və institusional dəyişikliklər” adlı tədbirdə 40-dək federasiyanı təmsil edən nümayəndələr iştirak ediblər.
Görüşün əsas məqsədi 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək Ümumdünya Antidopinq Məcəlləsində və beynəlxalq standartlarda nəzərdə tutulan yenilikləri diqqətə çatdırmaq, bu dəyişikliklərin tətbiqi ilə bağlı federasiyaların rolunu və öhdəliklərini izah etmək olub.