Bakıda şahmat festivalının bağlanışı

Mayın 6-da “Büllur” sarayda açıq Bakı beynəlxalq şahmat festivalının bağlanışı olub mərasimi keçirilib. Allsport.az saytı xəbər verir ki, müxtəlif yaş kateqoriyaları və qruplar üzrə qalib və mükafatçılara mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq şahmat federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Avropa şahmat ittifaqının prezidenti Zurab Azmayparaşvili, Azərbaycan şahmat federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər təqdim ediblər.

Tədbir çərçivəsində, həmçinin veteran şahmatçılar arasında Azərbaycan çempionatının qalib və mükafatçıları da təltif olunub. Ən güclü şahmatçıların mübarizə apardığı “A” qrupunda Azərbaycan təmsilçisi Xəzər Babazadə 3-cü yeri tutub. Yarışın qalibi isə İran təmsilçisi Sina Movahed olub.

Turnirdə 10 ölkədən 900-dən artıq şahmatçı çıxış edib.

Həmin kateqoriyadan