- Baxış sayı: 28
- 17 Aprel 2026 10:40
- Baxış sayı: 45
- Aprel 16, 2026
- 0

AFFA “Sabah” klubunun şikayətini təmin etməyib.
Allsport.az xəbər verir ki, paytaxt təmsilçisi AFFA intizam komitəsinin (İK) gənclər liqasında “Araz-Naxçıvan”la oyundakı qərarından narazı qalıb.
İK matçın 15-ci dəqiqəsində təhlükəsizlik nümayəndəsi olmadığı üçün görüş dayandığına görə Naxçıvan təmsilçisinə xəbərdarlıq edib və qarşılaşmanın dayandırıldığı vaxtdan (1:1 hesabı saxlanılmaqla) yenidən təşkilini məqsədəuyğun sayıb.
“Bayquşlar”ın isə bu qərarla bağlı apellyasiya şikayəti təmin olunmayıb.