- Baxış sayı: 930
- 22 May 2026 23:59
- Baxış sayı: 113
- May 26, 2026
- 0

Allsport.az saytı xəbər verir ki, Almaniyanın paytaxtında yeniyetmə cüdoçuların Avropa kubokunda Nihad Ağayev (50 kq) ilə Fərid Xudiyev (55 kq) qızıl, Sunay Salamova (40 kq), İbrahim Talıbov (55 kq), Sadiq Məmmədov (73 kq), Ayxan Həsənli (81 kq) və Ömər Axundov (90 kq) gümüş, Pərvin Sevxanlı (44 kq) və Nərmin Ağamirzəzadə (52 kq), İlkin Qarayev (66 kq), Amin Mehdiyev, Yaqub Məmmədov (hər ikisi – 81 kq) və Ruslan Kazımov (+90 kq) isə bürünc medal qazanıblar.