ACF-də ixtisarlar: 12 əməkdaş öz işindən uzaqlaşdırıldı

Ölkə idmanında ruh düşdünlüyü davam edir. Bu sahənin adamları müjdə gözləmək yerinə, demək olar hər gün bədbin xəbərlər eşidirlər. Bəzi federasiyalar ağır yükü çiyinlərinə götürmək istəsələr də, digərlərinin uğursuzluqları ümumi mənzərəni qaranlığa çəkir. Allsport.az portalına daxil olan bilgiyə görə, Azərbaycan cüdo federasiyasında 12 nəfər ixtisara düşüb. Onlar müxtəlif sahələrdə çalışırdılar. İçlərində federasiyanın inzibati binasında işləyən də olub. Bu xoşagəlməzlik  bitməmiş, xəbər verdiyimiz kimi, ACF-in bir əməkdaşı – Cəmil Hətəmxanov –  Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda cüdo üzrə təlim-məşq mərkəzində ağırlıqaldırma zalında dartınma (turnik) dəmirində göy kimono kəmərində özünü asıb.

Paris-2024 yay olimpiya oyunlarından sonra dünya və Avropa çempionatlarında qızıl medala həsrət qalan millimizin nəticələrində ciddi eniş sezildiyindən, ACF prezidenti Rəşad Nəbiyev daxildə islahat aparmağa başlayıb. Federasiyanın mərkəzi qərargahından sızan bilgiyə görə, hazırda ictimai birliyi onun rəqəmsal inkişaf və nəqliyyat nazirliyində keçmiş köməkçisi Nizami müəllim idarə edir. Buna rəğmən, ACF-də xeyli söz sahibi olan şəxs var: vitse-prezident Rövşən Rüstəmov, icraçı vitse-prezident, eləcə də baş katib Rəşad Rəsullu, digər vitse-prezident, olimpiya çempionu Elnur Məmmədli, idman direktoru və baş katibin müavini Kamran Talıbov, bölgələr üzrə nümayəndəliklərin rəhbəri Orxan Məmmədov, ACF prezidentinin müşaviri Natiq Bağırov, hakimlər kollegiyasının sədri Mətin Rəhimli, Mehdi Hüseynzadə adına stadionda cüdo üzrə təlim-məşq bazasının direktoru Abbas Şahverdiyev.

Bu üzdən, federasiyada çoxlu fikir ayrılıqları var və zərbə bir nöqtəyə vurulmur. Şəxsi qərəz üzündən mütəxəssislər bir-bir işlərini itirir, federasiyadan uzaqlaşır və ya uzaqlaşdırılır, istedalı idmançılar yurd dışına üz turur, digər idman növlərinə keçmək məcburiyyətində qalırlar. Yayılan xəbərə görə, ACF prezidenti çox şeydən halidir, vəziyyəti düzəltmək üçün tapşırıqlar verib. Böyük yarışlarda nəticələrin aşağı olması gənclər və idman nazirliyini də narahat edir.

Həmin kateqoriyadan