- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycanın kata üzrə rəyçiləri Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda kodokan məşğələsində iştirak ediblər.
Allsport.az saytı xəbər verir ki, İsmayıl Rzayev, Rafiq Nəcəfov, İbrahim Aslanov və Samir İsmayılovdan ibarət heyət koşiki-no-kata və itsutsu-no-kata üzrə hazırlıq keçib. Tədrisə kodokan mütəxəssisləri Yoşiharu Makişi və Keniçi Şohida rəhbərlik edib.
Seminarın sonunda kata ekspertlərimiz itsutsu-no-kata üzrə imtahanı uğurla tamamlayaraq kodokan sertifikatına layiq görülüblər.
Bu katalar yüksək texniki hazırlıq və böyük təcrübə tələb edən, əsasən yüksək dan dərəcəli cüdoçular üçün nəzərdə tutulmuş proqramlar hesab olunur.