- Baxış sayı: 24
- 22 May 2026 19:00
- Baxış sayı: 69
- May 22, 2026
- 0

BMT-nin məskunlaşma proqramının (UN-Habitat) təşkilatçılığı ilə uşaqlar və gənclər dəyirmi masası keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbir uşaqların və gənclərin dayanıqlı inkişaf, inklüzivlik və qərarqəbuletmə proseslərində iştirakının gücləndirilməsinə həsr olunub.
Toplantıda gənclər və idman naziri Fərid Qayıbov, ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədri Bahar Muradova və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbax çıxış ediblər. Həmçinin BMT baş katibinin gənclər məsələləri üzrə köməkçisi Felipe Paullierin video müraciəti olub.