- Baxış sayı: 41
- 18 May 2026 12:05
- Baxış sayı: 78
- May 18, 2026
- 0

Polşanın Bielsko-Biala şəhərində yeniyetmələr cüdoçuların Avropa kubokunda millimiz 2 qızıl, 4 gümüş və 7 bürünc medala yiyələnib.
Allsport.az saytı xəbər verir ki, Könül Eyvazlı (48 kq) ilə İbrahim Talıbov (55 kq) baş mükafata sahib çıxıblar. Zəhra Quliyeva (40 kq), İlkin Qarayev (66 kq), Sadiq Məmmədov (73 kq), Ayxan Həsənli (81 kq) ancaq finalda yeniliblər.
Pərvin Sevxanlı (44 kq), Nihad Ağayev (50 kq), Rza Xəlilli (55 kq), Mehman Əsgərov (60 kq), Yusuf Nəzər (73 kq), Yaqub Məmmədov (81 kq) Nurəddin Əliyev (90 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.