- Baxış sayı: 41
- 24 Sentyabr 2026 23:55
- Baxış sayı: 77
- Sentyabr 24, 2026
- 0

Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov “Bursaspor”da debüt edib.
Allsport.az xəbər verir ki, cinah müdafiəçisi Türkiyə 1-ci liqasında ilk turda “Bodrumspor”la səfər matçında meydana çıxıb.
Toral ikinci hissədə oyuna daxil olub.
Matç “Bursaspor”un 2:0 hesablı qələbəsiylə başa çatıb. Qolları Keleçi İhenaço və Linkoln Enrike vurub.
Toral bu yay “Qarabağ”dan “Bursaspor”a keçib.