Emin Əmrullayev Latviya basketbol assosiasiyasının prezidentini qəbul etdi

12 mart Azərbaycan basketbol federasiyasının (ABF) prezidenti Emin Əmrullayev vitse-prezident Fərrux Mahmudovla birlikdə ölkədə işgüzar səfərdə olan Latviya basketbol assosiasiyasının prezidenti Raymonds Veyonis və digər nümayəndələri ilə görüşüb.

Allsporf.az xəbər verir ki, görüşdə iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsi və qarşıdakı planlar müzakirə edilib.

Raymonds Veyonis federasiyanın uşaq basketbolunun inkişafına dair böyükmiqyaslı planları ilə tanış olaraq bu işləri yüksək qiymətləndirib.

Bundan əlavə, 3×3 basketbolun qarşılıqlı olaraq ölkələr arasında sistemli inkişaf etdirilməsi də görüşün əsas müzakirə mövzularından biri olub.

Görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.

Həmin kateqoriyadan