- Baxış sayı: 106
- 08 May 2026 11:59
- Baxış sayı: 38
- May 11, 2026
- 0

“Neftçi” idman klubunun icraçı direktoru Fərəc Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə səfər edərək, “Əliağa Petkim” idman klubu ilə əməkdaşlıq imkanlarını müzakirə edib.
Allsport.az saytı xəbər verir ki, keçirilən görüşlər çərçivəsində tərəflər əsasən basketbol idman növü üzrə inkişaf perspektivləri, birgə təlim-məşq toplanışlarının təşkili, gənc idmançıların hazırlanması və digər müvafiq məsələlər barədə fikir mübadiləsi aparıblar.
Səfər nəticəsində 2 klub arasında gələcəkdə birgə layihələrin icra edilməsi, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsi və münasibətlərin davamlı inkişafı barədə razılıq əldə olunub.
Bu səfər “Neftçi” idman klubunun beynəlxalq nüfuzunun daha da yüksəldilməsi və Azərbaycan idmanının xaricdə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.