- Baxış sayı: 149
- 11 İyun 2026 22:51
- Baxış sayı: 48
- İyun 12, 2026
- 0

26 may gecəsi NBA pley-off mərhələsinin 3-cü turunun 4-cü oyunu “Klivlənd Kavalyers” və “Nyu York Niks” arasında baş tutub. Allsport.az saytı xəbər verir ki, “Nikerbokers” oyunu 130:93 hesabı ilə qazanıb.
Karl-Entoni Tauns 19 xal və 14 götürmə ilə 2-qat dabl ilə qalib komandaya öndərlik edib. Qarşı tərəfdən Donovan Mitçel 31 xal toplayıb.
“Nyu York” sıralamanı 4:0 edib pley-off finalına yüksəlib. Onlar burada “San Antonio Spurs” və “Oklahoma Siti Tander” (2:2) matçının qalibi ilə qarşılaşacaqlar.