“Həmin illər karyeramda mənə ən böyük təsirlərdən birini göstərdi”

ABŞ millisi lə 5-qat olimpiya və 4-qat VNBA çempionu Syu Börd, FİBA “şöhrət zalı”na qəbul mərasimində Rusiyada oynadığı illərin karyerasına ən böyük təsir göstərdiyini söyləyib.
Allsport.az
 saytı xəbər verir ki, 2004-cü ildən 2014-cü ilə qədər amerikalı basketbolçu “Dinamo” Moskva, “Spartak” və UMMC komandalarında oynayıb.

“Rusiyada 10 mövsüm keçirdim və Avroliqada oynadım. Düzünü desəm, həmin illər karyeramda mənə ən böyük təsirlərdən birini göstərdi. Başqa yerdə görə bilməyəcəyiniz fərqli bir stil, sistemlər, mühit və fiziki güc var. Bu, məni hər səviyyədə sınağa çəkdi. Oynadığım insanlar və komandamdakılar daha yaxşı olmağıma kömək etdi. Meydandan kənarda da asan deyildi”.

Həmin kateqoriyadan