- Baxış sayı: 81
- 08 İyun 2026 19:22
- Baxış sayı: 55
- İyun 08, 2026
- 0

“Boston Seltiks”in müdafiəçisi Derrik Uayt hər il meydanda idmançı ideallarını ən yaxşı şəkildə nümayiş etdirən oyunçuya təqdim edilən “Jo Dumars” mükafatını qazanıb.
Allsport.az saytı xəbər verir ki, hər komanda bir oyunçu namizəd göstərib.
Liqa rəsmiləri 30 namizəd arasından 6 finalçı seçdi – hər diviziondan 1 nəfər.
Derrik 2826 xal toplayaraq, bütün digər namizədlərə qabaqlayıb.