- Baxış sayı: 943
- 22 May 2026 23:59
- Baxış sayı: 114
- May 26, 2026
- 0

Göygöldə cüdo üzrə “Zəfər” kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, olimpiya idman kompleksində 15 yaşadək yeniyetmələr güclərini sınayıblar.
Yarışda ölkənin müxtəlif bölgələrindən 14 komandanı təmsil edən 200-dən çox oğlan və qız cüdoçu mübarizə aparıb. Beynəlxalq cüdo federasiyasının standartları səviyyəsində keçirilən tədbirin mükafatçıları kubok, medal və diplomlarla təltif ediliblər.