“Hücum xəttində dişsizlik görünür”

“Kəpəz” premyer liqanın 5-ci turunda evdə “Araz Naxçıvan”a 1:2 uduzdu. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında Gəncə klubunun baş məşqçisi Azər Məmmədov bunu dedi:

“Oyunun bizim üçün hansı əhəmiyyət daşıdığını bilirdik. Normal düşünsək, “Araz-Naxçıvan” çempionatda bizim əsas rəqibimizdi. Və bu oyun bizə görə 6 xallıq matç idi.

Təəsüflər olsun ki, bu gün xalı “Araz-Naxçıvan”a verdik. İki fərqli hissə oldu. “Turan Tovuz” ilə görüşdə olduğu kimi ilk yarıda qısa zamanda iki qol buraxdıq. Açığı deyim ki, topları da öz səhvlərimizdən buraxdıq. Bundan sonra komanda toparlanmaqda çətinlik çəkdi.

Buna baxmayaraq ikinci hissədə çalışdıq ki, fərqi aradan qaldıraq. Təəsüflər olsun ki, tam bacara bilmədik. Çempionat yeni başlayıb. 5 tur keçib. Uzun marafon var.

Çalışmaq lazımdır. Hücum xəttində dişsizlik görünür. Fasilə dövründə bunun üzərində işləyəcəyik ki, çatışmazlıqları aradan qaldıraq”.

Həmin kateqoriyadan