- Baxış sayı: 58
- 20 Oktyabr 2026 13:35
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

“Maklaren” komandasının pilotu Lando Norris dünya çempionu titulunun Formula-1-dəki mövqeyinə təsirindən və qran pri pilotları assosiasiyasının (GPDA) əhəmiyyətindən danışıb.
Allsport.az xəbər verir ki, britaniyalı pilot assosiasiyanın bütün sürücülərin maraqlarını təmsil etdiyini bildirib:
“GPDA-nın mövqeyini bir neçə pilot – hazırkı direktorlar Corc Rassell və Karlos Sayns, eləcə də assosiasiyanın sədri, keçmiş pilot Aleks Vürs təmsil edir. Lakin onlar bütün sürücülərin fikirlərini ifadə edirlər. Buna görə də onların qərarlarının yalnız öz mövqelərini əks etdirdiyini demək olmaz. Bu, hamımızın, bütün pilotların qərarıdır.
Təbii ki, mən də bu prosesin bir hissəsiyəm. Ola bilsin ki, indi mənim fikrim əvvəlkindən daha çox nəzərə alınır. Düşünürəm ki, bu, dünya çempionu statusunun üstünlüklərindən biridir. Amma burada söhbət gözləntilərdən yox, adi hörmətdən gedir.
Karyeranda belə bir uğura nail olmaq gözəldir. Bununla belə, GPDA bütün pilotların maraqlarını ifadə edir. Məsələ yalnız məndən getmir. Mənim təsirim digər pilotlarla eyni səviyyədədir.
Bu idman növü üçün ən yaxşısını arzulayıram. Heç vaxt qərəzli olmamışam. Bütün addımlarımın Formula-1-in görmək istədiyim səviyyədə olması üçün atıldığını deyərdim. Mən qaydaları və digər məsələləri deyil, pilotların və azarkeşlərin maraqlarını müdafiə etməyə meyilliyəm”.