Malayziya qran prisinin qalibi

Malayziya qran prisinin qalibi

“Red bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula-1 üzrə Malayziya qran prisinin qalibi olub.

Allsport.az xəbər verir ki, 29 yaşlı 4-qat dünya çempionu cari mövsümdə ilk qələbəsini qazanıb.

İkinci yeri “Mersedes” pilotu Andrea Kimi Antonelli, üçüncü yeri isə “Ferrari”dən Lüis Həmilton tutub.

“Mersedes”in digər pilotu Corc Rassell 50-ci dövrəyədək üçüncü pillədə olub, lakin mühərrikində yaranan problem səbəbindən yarışı davam etdirə bilməyib.

Yağış səbəbindən 1 saat 24 dəqiqə gec başlayan yarış Malayziyanın “Sepanq” avtodromunda keçirilib.

Həmin kateqoriyadan