- Baxış sayı: 51
- 08 Oktyabr 2026 16:33
- Baxış sayı: 92
- Oktyabr 08, 2026
- 0

“Aston Martin” komandasının pilotu Fernando Alonso 2027-ci ildə “Dəkər” rallisində iştirak edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Allsport.az xəbər verir ki, ispaniyalı sürücü bu iddiaları təkzib edərək Formula-1 və “Dəkər”də eyni vaxtda mübarizə aparmağın çətin olduğunu vurğulayıb:
“Bəli, bu şayiələri oxumuşam. Amma bunun fiziki cəhətdən mümkün olduğunu düşünmürəm. Çünki Formula-1 və “Dəkər” kimi fiziki baxımdan olduqca tələbkar yarışlarda eyni vaxtda iştirak etmək, demək olar ki, mümkünsüzdür.
Gələcəkdə mümkün sürprizlərə gəlincə, bu, qətiyyən “GT-3” olmayacaq. Mən heç vaxt belə yarışlarda iştirak etməmişəm. Bu isə ciddi hazırlıq tələb edir. İnsanlar çox vaxt belə çağırışları qəbul etməyin asan olduğunu düşünürlər. Lakin yeni yarış seriyasında uğur qazanmaq üçün hərtərəfli hazırlıq, qətiyyət və bir qədər də şans lazımdır.
Növbəti hədəfimin nə olacağına qərar verəndə bunu özüm açıqlayacağam. Bu, şayiə olmayacaq. Yalnız lazımi səviyyədə hazırlaşa biləcəyimə və riskin buna dəyəcəyinə əmin olduqdan sonra qərarımı ictimaiyyətə bildirəcəyəm”.
2-qat Formula-1 dünya çempionu Fernando Alonso 2020-ci ildə “Dəkər” rallisində iştirak edib. O, həmin yarışda ümumi sıralamada 13-cü yeri tutub.