- Baxış sayı: 63
- 12 Oktyabr 2026 10:14
- Baxış sayı: 391
- Oktyabr 12, 2026
- 0

Formula-1 yarışları 33 illik fasilədən sonra yenidən Afrika qitəsində keçiriləcək.
Allsport.az xəbər verir ki, qurum Ruanda ilə 10 illik müqavilə imzalandığını açıqlayıb.
Razılaşmaya əsasən, Ruandanın Bugesera bölgəsində yeni yarış trası inşa ediləcək. İlk qran prinin 2030-cu illərin əvvəllərində keçirilməsi planlaşdırılır.
Formula-1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali razılaşmanı çempionatın tarixində əlamətdar hadisə kimi qiymətləndirib.
Afrika qitəsində sonuncu Formula-1 yarışı 1993-cü ildə Cənubi Afrika Respublikasının Kyalami trasında keçirilib.