- Baxış sayı: 95
- 15 Oktyabr 2026 19:26
- Baxış sayı: 399
- Oktyabr 20, 2026
- 0

“Red Bul” komandasının pilotu Maks Ferstappen 2026-cı il mövsümündə bolidlə bağlı yaşanan problemlərdən və komandasına qarşı sərt mövqeyindən danışıb.
Allsport.az xəbər verir ki, niderlandlı pilot builki bolidin sazlanması ilə bağlı vəziyyətin ötən mövsümlə müqayisədə fərqli olduğunu bildirib.
Ferstappen qeyd edib ki, ötən il əsas diqqət bolidin sazlanmasına yönəldilsə də, bu mövsümün əvvəlində müxtəlif sazlama variantları ümumi balansı yaxşılaşdırmağa kömək etməyib. Onun sözlərinə görə, son yeniliklər “Red bul”a irəli addım atmağa imkan verib.
“Bu il hər şey tamamilə fərqlidir. Ötən mövsüm əsas diqqət bolidin incə sazlanmasına yönəlmişdi. Uzun müddət müəyyən sazlama variantlarının bu boliddə işləməyəcəyini düşünürdük. Lakin bunun mümkün olduğu üzə çıxdı və bu, bizim üçün vacib dərs oldu.
2026-cı ildə vəziyyət fərqli idi. Əvvəlcə istənilən sazlama variantını sınaqdan keçirə bilirdik, amma bu, bolidin ümumi balansını yaxşılaşdırmırdı. Bununla belə, son yeniliklər bizə çox kömək etdi. İndi optimal ritmi tutmaq və imkanlarımın son həddində çıxış etmək daha asandır.
Məhz buna görə bu il bəzən komandaya qarşı sərt davrana bilirdim. Amma mən sadəcə mövqeyimi açıq, birbaşa və dürüst şəkildə ifadə edirdim. Komandada bilirlər ki, bunu şəxsi qəbul etmək lazım deyil. Mən sadəcə mükəmməlliyə can atan biriyəm və hər zaman daha yaxşısına nail olmağa çalışıram. Xüsusilə də daha artığına nail ola biləcəyimi bildiyim zaman”.