“Afrikada yarışmaq həmişə arzum olub”

“Afrikada yarışmaq həmişə arzum olub”

“Ferrari” komandasının pilotu Lüis Həmilton Ruandada 2030-cu illərdə Afrika qran prisinin keçirilməsi ilə bağlı müqaviləni şərh edib.

Allsport.az xəbər verir ki, yeddiqat dünya çempionu ABŞ qran prisindən əvvəl Afrikada yarışmaq arzusunu reallaşdırmaq üçün karyerasını davam etdirməli ola biləcəyini bildirib:

“İndi daha uzun müddət qalmalı olacağam, çünki Afrikada yarış keçiriləcək. Orada çıxış etmək həmişə arzum olub.

Mübarizəni davam etdirməli və bacardığım qədər formada qalmalıyam. Gələn il yüksək nəticələr göstərə bilsəm, eyni şəkildə davam edəcəyik.

Uzun illərdir qran prinin Afrikaya qayıtmasını istəyirdim. Əsas şəxslərlə saysız-hesabsız görüşlər keçirmişəm. Stefano Domenikali ilə onun London ofisində və yarış həftəsonlarında görüşmüşəm.

Sonsuz telefon danışıqları aparmışıq: “Nə baş verir? Hara doğru irəliləyirik? Kiminlə görüşürük?” Müxtəlif ölkələrin prezidentləri ilə çoxsaylı görüşlərim, Afrika dövlətlərinin liderləri ilə saysız-hesabsız telefon danışıqlarım olub.

Mənim üçün Afrika Qran-prinin keçirilməsinə layiq olan bir məkandır. Söhbət konkret bir ölkədən getmir. Söhbət bütövlükdə qitədən gedir. Orada çoxlu gözəl ölkələr və möhtəşəm insanlar var.

Afrikanın inanılmaz zəngin mədəniyyəti var. Hesab edirəm ki, bütün bunları dünyaya, idmanımız vasitəsilə nümayiş etdirmək vacibdir”.

Formula-1-in Afrikaya qayıtması ilə bağlı müzakirələr davam edir.

Həmin kateqoriyadan