Formula-1-də yeni müqavilə

Formula-1-də yeni müqavilə

Liam Louson “Rasinq bulls” komandası ilə müqaviləsinin müddətini uzadacaq.

Allsport.az xəbər verir ki, yeni zelandiyalı pilot son Braziliya qran prisində 8-ci yeri tutmaqla komandadakı mövqeyini möhkəmləndirib.

Rəsmi bəyanatın noyabrın 20-dən 22-dək təşkil olunacaq Las Veqas qran prisindən əvvəl verilməsi gözlənilir.

Louson 2026-cı il mövsümünün 22 mərhələsindən 20-sinin yekununa əsasən pilotların şəxsi hesabında 8-ci sırada yer alır, onun britaniyalı komanda yoldaşı Arvid Linblad isə 11-ci pillədədir.

Həmin kateqoriyadan