“Ferrari” pilotları arasındakı rəqabətdən danışdı

“Ferrari” pilotları arasındakı rəqabətdən danışdı

“Uilliams” pilotu Karlos Sayns “Ferrari”də Şarl Lekler və Lüis Həmilton arasındakı rəqabəti şərh edib.

Allsport.az xəbər verir ki, ispaniyalı sürücü Leklerlə 2021-2024-cü illərdə komanda yoldaşı olduğu dövrü xatırladıb.

Sayns bildirib ki, “Ferrari”də iki sürətli pilotun mübarizəsi ciddi təzyiq yaradırdı. Onun sözlərinə görə, Leklerlə aralarında sərt rəqabət olsa da, yaranan problemləri hər dəfə açıq söhbətlə həll ediblər:

“İki güclü pilotun qələbə uğrunda mübarizə apardığı komandada problemsiz mövsüm keçirmək mümkün deyil. Belə hallar “Mersedes”, “Maklaren” və “Ferrari”də də yaşanıb. Onların qələbə uğrunda mübarizədən imtina edəcəyini gözləmək olmaz”.

Həmin kateqoriyadan