- Baxış sayı: 44
- 06 Noyabr 2026 17:26
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Mersedes”in pilotu Corc Rassel mühərrik dəyişikliyinə görə Braziliya qran prisinin start turunda 5 mövqe cərimələnib.
Allsport.az xəbər verir ki, komanda 28 yaşlı britaniyalının bolidinə yeni daxili yanma mühərriki quraşdırmaq qərarına gəlib və bu dəyişiklik mövsüm ərzində icazə verilən güc qurğularının sayının aşılmasına səbəb olub.
2022-ci ildən “Mersedes”də çıxış edən C.Rassel 2026 mövsümünün 19 mərhələsindən sonra 250 xalla fərdi hesabda 4-cü pillədə qərarlaşıb. Onun komanda yoldaşı Kimi Antonelli vaxtından əvvəl dünya çempionluğunu təmin edib.
Braziliya qran prisi noyabrın 6-dan 8-dək San Pauludakı “İnterlaqos” trasında keçiriləcək.