- Baxış sayı: 87
- 28 Oktyabr 2026 21:14
- Baxış sayı: 271
- Oktyabr 25, 2026
- 0

“Mersedes” komandasının italiyalı pilotu Kimi Antonelli Meksika qran prisinin yekunlarına əsasən vaxtından əvvəl Formula-1 üzrə dünya çempionu titulunu qazanıb.
Allsport.az xəbər verir ki, titul əldə etmək üçün 20 yaşlı pilota əsas yarışda ilk “doqquzluğ”a düşmək və cəmi iki xal toplamaq kifayət edirdi.
Nəticədə Antonelli Mexikoda üçüncü yeri tutub. Yarışın qalibi “Red bul” komandasının niderlandlı pilotu Maks Ferstappen olub. İkinci yeri isə “Ferrari”nin britaniyalı sürücüsü Lüis Hemilton tutub.
Mexikodakı yarışdan əvvəl Antonelli Corc Rasseli 123, Hemiltonu isə 124 xal qabaqlayırdı. O, cari mövsümdə bundan əvvəl doqquz yarışda qalib gəlib.
2025-ci ildən Mersedes komandasında çıxış edən Antonelli Formula-1 tarixinin ən gənc dünya çempionu olub. Əvvəlki rekord almaniyalı Sebastyan Fettelə məxsus idi. O, 2010-cu ildə ilk çempionluğunu 23 yaşında qazanmışdı.
Antonelli həmçinin Cüzeppe Farina (1950) və Alberto Askari (1952, 1953) ilə yanaşı, Formula-1 tarixində İtaliyadan olan üçüncü dünya çempionudur.