“Bakıda da sürətli deyildik”

“Bakıda da sürətli deyildik”

“Maklaren” komandasının pilotu Lando Norris qarşıdakı Sinqapur qran prisi ilə bağlı fikirlərini bölüşüb.

Allsport.az xəbər verir ki, britaniyalı sürücü son yarışlarda komandasının gözlənilən nəticələri göstərə bilmədiyini bildirib.

Norris Bakı və Malayziyada üzləşdikləri problemlərə toxunaraq bolidin sürətinin artırılmasının vacibliyini vurğulayıb:

“Malayziyada ən böyük problemimiz düzlüklərdə sürət çatışmazlığı və bunun bolidin idarə olunmasına təsiri idi. Həmçinin bolidin effektivliyini necə artıra və əvvəlki mövqelərimizə qayıda biləcəyimizi müzakirə etdik. Bu isə asan məsələ deyil.

Bakıda da kifayət qədər sürətli deyildik. Yəni problemlərimiz yalnız Malayziya trası ilə bağlı deyildi.

Sinqapur trasını bəyənirəm. Əvvəllər burada yaxşı çıxışlarım olub. Lakin hazırda yenə də istədiyimiz səviyyədə deyilik. Buna görə işimizi daha yaxşı görməliyik”.

Norris komandasının qarşıdakı yarışlarda rəqabətədavamlı olmaq üçün bolidin performansını yaxşılaşdırmalı olduğunu bildirib.

Həmin kateqoriyadan