““Mersedes”i çətin mövsüm gözləyir”

““Mersedes”i çətin mövsüm gözləyir”

“Mersedes”in icraçı direktoru Toto Volf komandasını 2027-ci ildə çətin mövsümün gözlədiyini bildirib.

Allsport.az xəbər verir ki, o, mövsümün son üç qran prisində həm cari il, həm də gələn mövsüm üçün vacib məlumatlar əldə etməyə çalışacaqlarını deyib:

“Son yarışlara baxın, demək olar ki, qələbə qazanmamışıq. Braziliya qran prisinin startında Kimi sürətlə irəli çıxırdı və qələbə qazanacağımız düşünülürdü. Lakin rəqabət getdikcə artır. “Ferrari”, “Maklaren”, “Red Bull” və biz – artıq yarışlarda qalib gəlmək və çempionluq uğrunda mübarizə aparmaq gücündə olan dörd komanda var.

Şübhəm yoxdur ki, növbəti mövsüm “Mersedes” üçün çətin keçəcək. Buna görə də mənim üçün 2027-ci il mövsümü artıq başlayıb.

Qarşıdakı üç yarışda əsas məqsədimiz çox şey öyrənməkdir. Bu il bolidin yenilənməsi zamanı nələri nəzərdən qaçırdığımızı və hansı sahələri təkmilləşdirə biləcəyimizi müəyyənləşdirməliyik. Eyni zamanda, gələn mövsüm üçün mühərrik və bolidin hazırlığını optimallaşdırmaq istəyirik”.

Həmin kateqoriyadan