Azərbaycanda Formula-1 yarışı rekordlarla yadda qaldı

Azərbaycanda Formula-1 yarışı rekordlarla yadda qaldı

Bakıda keçirilən 10-cu – yubiley yarışına 120-dən çox ölkədən azarkeş gəlib, 17 mindən çox xarici fanat qran prini tribunadan izləyib. Allsport.az xəbər verir ki, satışa çıxarılan bütün biletlər satılıb və dörd gün ərzində 92 minə yaxın ziyarət qeydə alınıb.

Bakı Bulvarındakı fanzonanı hər gün 25 mindən çox azarkeş ziyarət edib, iki gün ərzində keçirilən konsertləri isə 40 minə yaxın tamaşaçı izləyib. Qran prini 300-ə yaxın yerli və xarici media nümayəndəsi işıqlandırıb, yarış 56 xarici televiziya kanalı və yayım platformasında canlı yayımlanıb.

İdman baxımından da yubiley qran prisi gərgin mübarizə və gözlənilməz nəticələrlə yadda qalıb. Corc Rassel Bakı şəhər halqasında qalib gələn 8-ci fərqli sürücü olub. Serxio Peres və Maks Ferstappen Bakıda 2 dəfə, digər qaliblər isə 1 dəfə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıblar.

Həmin kateqoriyadan