“Məqsədimiz şəhərdə gündəlik hərəkətə təsiri minimuma endirməkdir”

“Məqsədimiz şəhərdə gündəlik hərəkətə təsiri minimuma endirməkdir”

Formula-1 üzrə Azərbaycan qran prisindən sonra paytaxtın mərkəzindəki yolların mümkün qədər tez bərpa olunması davam edir. Allsport.az xəbər verir ki, bunu Bakı şəhər halqası əməliyyat şirkətinin baş direktoru Maqsud Fərzullayev deyib. O, şəhər mərkəzində nəqliyyatın hərəkətinin təşkili barədə danışıb:

“Formula-1 şəhərin mərkəzində keçirildiyi üçün nəqliyyatın rahat hərəkətinin təmin olunması bizim üçün əsas məsələlərdən biridir. Məqsədimiz müvəqqəti məhdudiyyətlərin şəhərdə gündəlik hərəkətə təsirini minimuma endirməkdir.

Buna görə əsas istiqamətlər üzrə tranzit dəhlizləri açıq saxlanılır. Yarışdan sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq. Bu il artıq yarışın ertəsi günü saat 12:30-a qədər şəhər mərkəzindəki yol məhdudiyyətlərinin əsas hissəsi aradan qaldırılmışdı”.

Formula-1 üzrə Azərbaycan mükafat yarışının qalibi “Mersedes”in sürücüsü Corc Rassel olub.

Həmin kateqoriyadan