- Baxış sayı: 30
- 23 İyun 2025 22:22
- Baxış sayı: 64
- İyun 23, 2025
- 0
“Qarabağ”ın futbolçusu Abbas Hüseynov konfrans liqasının pley-off mərhələsində “Marsel”lə ilk oyunda iştirak edə bilməyəcək. Allsport.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalında səfərdə “Keşlə”yə 6:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra keçirilən mətbuat konfransında bildirib.
O, 26 yaşlı müdafiəçinin məşqdə zədələndiyini bildirib: “Bir həftə, bəlkə də 4-5 gün məşq edə bilməyəcək. Qış hazırlığında da komandaya gec qoşuldu, xəstələnmişdi. Əsas oyunçularımızdandır. Bu gün zədəyə görə oynamadı”.
“Qarabağ” “Marsel”ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.