Milli idman növlərinin inkişafı Sankt-Peterburqda müzakirə olunub

Sankt-Peterburq şəhərində Dünya etnosport konfederasiyasının VII beynəlxalq forumu keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə Beynəlxalq etnosport konfederasiyasının prezidenti Nəcməddin Bilal Ərdoğan, bir sıra ölkələrin idman nazirləri və idman sahəsinə məsul nümayəndələri iştirak ediblər.

Yığıncaqda ölkəmizi gənclər və idman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov, Azərbaycan milli idman növləri assosiasiyasının prezidenti Kazım Qurbanov təmsil ediblər.

Forumda, müxtəlif ölkələrdə ənənəvi idman növləri üzrə yarışlar təşkil etmək, yeniyetmə və gənclər arasında təbliğat aparmaqla milli idman növlərinin inkişafına nail olmaq əsas mövzulardan biri olub.

Həmin kateqoriyadan