- Baxış sayı: 73
- 20 Oktyabr 2026 17:10
- Baxış sayı: 98
- Oktyabr 21, 2026
- 0

Özbəkistan milli paralimpiya komitəsinin sədri Muxtarxan Taşxocayev Azərbaycan milli paralimpiya komitəsini (MPK) 30 illik yubileyi münasibətilə təbrik edib.
Allsport.az xəbər verir ki, o, təbrik məktubunda qeyd edib ki, qurumun ötən illər ərzində əhəmiyyətli inkişaf yolu keçərək paralimpiya hərəkatının möhkəmləndirilməsinə və əlilliyi olan şəxslər üçün yeni imkanların yaradılmasına mühüm töhfələr verib.
Sədr ölkələr arasında mövcud olan dostluq, qardaşlıq və qarşılıqlı hörmət münasibətlərini vurğulayaraq Azərbaycan idmançılarının qazandığı uğurların Özbəkistanda da böyük sevinc və məmnunluqla qarşılandığını bildirib.
Muxtarxan Taşxocayev qeyd edib ki, paralimpiyaçıların qələbələri təkcə idman nailiyyəti deyil, həm də milyonlarla insanı özünə inanmağa, həyat çətinliklərini dəf etməyə və arzularına doğru inamla irəliləməyə ruhlandıran mühüm amildir.
Komitə sədri Azərbaycan milli paralimpiya omitəsinin rəhbərliyinə, idmançılara, məşqçilərə və ölkənin bütün paralimpiya ailəsinə möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji və yeni nailiyyətlər arzulayıb.
O, Azərbaycan idmançılarının gələcək qələbələrinin yeni imkanlara yol açacağına və gələcək nəsillər üçün ilham mənbəyinə çevriləcəyinə ümidvar olduğunu bildirib.